Azərbaycanlı fəalın səhhətində kəskin problemlər, o cümlədən bel və boyun nahiyəsində kəskin artrit var.
Həbsxananın qeyri-standart şəraiti milli fəalın sağlıq durumunu pisləşdirib.
Məlumata görə, şiddətli ağrılardan əziyyət çəkən milli fəal xüsusi tibbi xidmətlərə təcili ehtiyac duymasına baxmayaraq, zəruri müalicədən məhrum edilib. Halbuki, müalicə etməkdən imtina məhbusların əsas hüquqlarının açıq şəkildə pozulması sayılır.
İnsan haqları institutları dəfələrlə siyasi məhbusların sağlıq durumuna diqqət yetirilmədiyini tənqid edib və bu vəziyyət məhbusların səhhətini riskə atır.