Site icon Aznews TV

İran rejimi həbs etdiyi azərbaycan fəal Kərim İsmayılzadəni görüş və əlaqə saxlamaqdan məhrum edib

Azərbaycanlı milli fəalın yaxınlarının bildirdiyinə görə, Kərim İsmayılzadə ilə görüşməyə və ya əlaqə saxlamağa icazə verilməyib.

25 martda isə Kərim İsmailzadənin yaxınları Təbriz prokurorluğuna yaxınlaşaraq onun vəziyyəti ilə bağlı məlumat tələb ediblər. Lakin istintaq işçisinin dediyinə görə, şöbədə müstəntiq olmadığı üçün Kərim İsmayılzadənin vəziyyəti ilə bağlı onlara heç bir məlumat əldə edə bilməyiblər.

Həbsindən iki həftədən çox vaxt keçməsinə baxmayaraq, Kərim İsmailzadənin vəziyyəti ilə bağlı məlumatın olmaması, ona zəng etməyə və görüşə qadağa qoyulması azərbaycanlı fəalın ailəsi və yaxınlarının narahatlığına səbəb olub.

Exit mobile version