Site icon Aznews TV

Iran rejimi HƏMAS lideri haqqında paylaşım edənlərə cinayət işi açır

 

Artıq bu istiqmətdə Tehranda bir neçə nəfərə cinayət işi açılıb. Bununla bağlı Tehran Prokurorluğu məlumat yayıb.

Məlumata görə, saxlanılanlar hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırılıblar.

“Bir neçə nəfər çağırılaraq dindirilib, onlara xəbərdarlıq edilib, daha bir neçə nəfərə isə cinayət işi açılıb. Onlara qarşı cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi qaldırılıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İranda adi əhali həm fars-molla rejimi və həm molla rejimin dəstəklədiyi terrorçuları istəmir və hətta Haniyə öldütülməsinə sevinib çox sayda şəxs şirniyyat paylayıb şənlik ediblər.

Exit mobile version