Azərbaycanİran

Iran rejimi azərbaycanlı fəal Vədud Əsədini mühakimə etdi

Sentyabrın 10-da Rəştdə rejimin İnqilab Məhkəməsinin üçüncü şöbəsində azərbaycanlı fəal Vədud Əsədinin ittihamları üzrə məhkəmə iclası keçirilib.

Rəşt İnqilab Məhkəməsinin üçüncü şöbəsində hakim Mehdi Rəskinin sədrliyi ilə keçirilən bu iclasda Vədud Əsədinin müdafiəçisi cənab Rostami ilə birlikdə irəli sürülən ittihamlara qarşı özünü müdafiə edib.

Bu il mayın 21-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Vədud Əsədinin işinin başqa bir hissəsi ilə bağlı ittihamlar üzrə məhkəmə iclası keçirilmişdi.

Qeyd edək ki, azərbaycanlı milli fəal fevralın 6-da rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button