Məlumata görə, Baharıstan Peşə Kollecinin öyrəncisi olan Nigar Dəbbaqiyə qarşı Təbriz İnqilab Məhkəməsi tərəfindən “insanları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə sövq etmək”, “İslam müqəddəslərini təhqir etmək”, “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “ölkə rəsmilərini və məmurları təhqir etmək”, “ölkənin ali rəhbərini təhqir etmək” kimi ittihamlar irəli sürülüb.
Bildirilib ki, onun ittihamnaməsində “müttəhimin peşman olmaması” da vurğulanıb. Qeyd olunub ki, güneyli astma xəstəliyindən əziyyət çəkir və yaxınları onun zindanda ağır şəraitdə saxlanıldığından narahatdırlar. Hüquq müdafiəçilərinin sözlərinə görə, Nigar Dəbbaqidən məcburi etiraf almaq istəyirlər və onun telefonunu da müsadirə ediblər.