Site icon Aznews TV

İran rejimi azərbaycanlı milli fəal Yusuf Kari Ərdəbil zindanının təcridxanasına köçürüb

 

Son günlər ailənin Ərdəbilin 10 saylı İstintaq Şöbəsinə çoxsaylı müraciətlərinə baxmayaraq, işin müstəntiqi hakim Kərimi fəalın müvəqqəti azadlığa buraxılması barədə qərarı qəbul etməyib.

Qeyd edək ki, bu azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılıb polis əməkdaşları Rza Hüseynzadə və Əsgər Pənahinin tərəfindən döyülüb.

Əvvəllər təhlükəsizlik qurumlarının təzyiqi ilə iş və iqtisadi fəaliyyətinə qadağa qoyulan Yusuf Kari son bir neçə aydır alverçiliklə məşğul olub və ötən həftə polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Exit mobile version