Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran rejimi azərbaycanlı milli fəal ETTELAAT-a çağırıb

İrqçi fars-molla rejimi Salmas şəhər sakini olan azərbaycanlı milli fəal Murtıza Əhmədini dindirilmək üçün ETTELAAT-a çağırıb.

Əhmədi qeyri-qanuni çağırışlara, hədə-qorxulara, alçaldılmalara, hətta onlarla dəfə evində axtarışa məruz qaldığını açıq şəkildə bəyan edib və bildirib ki, bu dəfə qeyri-qanuni proseslərə müqavimət göstərmək qərarına gəlib. O, digər fəalları da susqunluqlarını pozmağa, bu cür qeyri-insani təzyiqləri, insan və vətəndaş hüquqlarının pozulmasını ictimailəşdirmək üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində ETTELAAT qüvvələri məhkəmə qərarı olmadan çağırış, dindirmə və qısamüddətli həbsləri standart əməliyyat proseduruna çeviriblər.

Molla rejimin azərbaycanlı fəalların həbs qərarı tələbləri isə hədə-qorxu və bəzi hallarda döyülmə ilə müşayiət olunub.

Related Articles

Bir cavab yazın

Back to top button