Rejim tərəfindən şərlənən fəal “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb. Rejimi bildirişlə azərbaycanlı milli fəaldan avqustun 24-dək prokurorluqda olmağı tələb edib.
Azərbaycanlı fəal ona göndərilən bildirişin üzərinə yazıb: “Canım qurban millətimə, Vətən sağ olsun!”
Qeyd edək ki, azərbaycanlı fəal İrəc Paşapur iyunun 20-də prokurorluq tərəfindən saxta ittihamlarla saxlanılmış və bir neçə gün həbsdə qaldıqdan sonra 500 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.