Azərbaycanlı milli fəala göndərilən bildirişdə yazılıb: “Məhkəmə işinizlə bağlı, cəriməni ödəmək üçün 10 gün ərzində bölməyə gəlməyiniz tələb olunur. Eyni zamanda, vaxtında gəlsəniz, mümkün 20% endirim əldə edəcəksiniz”.
Qeyd edək ki, Behzad Xudabəndəli iyunun 26-da “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.