Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran rəsmiləri elektrik enerjisinin kəsilməsinin səbəblərini açıqlamır

Tehran, Təbriz, Məşhəd, Rəşd, Yəzd, Qorqan, Urmu, Qum və Kərəc sakinləri elektrik kəsintisi ilə üzləşiblər. Həsən Ruhani dəftərinin rəisi Məhmud Vezi problemin tezliklə həll ediləcəyini bildirib. İlgili vəzirlərin prezidentin əmri ilə bağlı məlumatlandırıldığını açıqlayıb. Ancaq hələ də bir sıra böyük şəhərlərdə elektrik enerjisinin kəsilməsi davam edir. Qərbi Azərbaycanın Elektirik Dağıtım şirkətinin bildirişində kəsintiyə səbəb kimi qaz məsrəfinin artması qeyd olunub. Bildirək ki, ötən günlərdə Azərbaycanın Urmu və Təbriz kimi şəhərlərində də elektrik enerjisinin verilməsi dayandırılıb. İran məsulları tərəfindən yaşanan durumla bağlı açıqlama verilmir. Yerli qaynaqların bilgilərinə görə, xarici şirkətlərin BitCoin kimi elektronik pulların istixracı üçün elektirik məsrəfini artırması kəsintilərin başlıca səbəbidir.

Related Articles

Bir cavab yazın

Back to top button