İran

İran pulu yenidən ucuzlaşdı

Son məzənnəyə görə, Tehranın valyuta bazarında ABŞ dollarının alış qiyməti 58 min 150 tümən, satış qiyməti isə 58 min 250 tümənə çatıb.

Bu barədə açıq media məlumat yayıb.

Avronun satış qiyməti 63.200 tümən, alış məzənnəsi isə 63.100 tümən olub.

Qeyd edək ki, HƏMAS-ın 7 oktyabr tarixlərindəki hücumundan əvvəl Tehranın açıq bazarında ABŞ dollarının məzənnəsi 49 min 800 tümən civarında idi.

Qəzzada müharibə başlayandan bu günə kimi İran pulunun dollar qarşısında ucuzlaşması sürətlənib.

Related Articles

Bir cavab yazın

Back to top button