Site icon Aznews TV

​​İran prezidentliyinə yeganə türkəsilli namizəd Məsud Pezeşkian:

Tarixdə bəlkə də İrana Azərbaycan qədər yaxın ikinci dövlət yoxdur. Biz bu mədəni, tarixi yaxınlığı üstünlüyə çevirib, Azərbaycanı öz yanımızda saxlasaq, daha çox qazanmarıq mı?

Bir anlıq düşünün ki, Azərbaycan Cənubi Qafqazda önəmli yer tutur və əgər Azərbaycana qarşı sərt siyasəti davam etdirsək, Azərbaycan da daha çox İrana düşmən olan ölkələri regiona gətirəcək.

Ən əsası isə odur ki, Türkiyə ilə İran arasında Qəsri-Şirin sülh müqaviləsindən bu günə qədər heç bir müharibə olmayıb, deməli Türkiyə ilə normal münasibətlər mümkündür. Ermənistan da bizə qonşu ölkədir və biz Ermənistanla normal münasibətləri davam etdirməli və ticarətimizi inkişaf etdirməliyik. Biz səmimi olaraq Azərbaycan və Ermənistana yekun sülh üçün dəstək olmalı və yardım etməliyik”.

Exit mobile version