Azərbaycanİran

İran prezidenti Təbrizdə etirazla qaşrılandı

İran prezidenti İbrahim Rəisinin Təbrizə səfəri ilə eyni vaxtda bir qrup təbrizli etiraz aksiyası keçirib.

Bu barədə yerli sosial media fəalları məlumat və fotolar yayıblar.

Narazılar on minlərlə sakinin yaşadığı Təbrizin “Xavəran-2” bölgəsində bir çox binalarının hələ də yarımçıq qaldığını, sahiblərinə təhvil verilmədiyini, bildiriblər.

Onlar şəhərin normal su, elektrik, yol, qaz və şəhər infrastrukturunun olmadığını vurğulayıb, iki ildir hökumət tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.

Bölgəyə cəlb olunan hökumət məmurları “prezident, sizi müqəddəslərə and veririk, bizi bu bəladan qurtarın” məzmunlu plakartlar qaldıran etirazçıların prezidentin kortejinin qarşısına çıxmalarına imkan verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button