
Sənədlərdə SEPAH-nin ideoloji təbliğat və mədəni fəaliyyət üçün 2 trilyon 336 milyard tümən əlavə büdcə istədiyi də əks olunub.
Bundan bir müddət əvvəl də ölkədə dini təbliğat mərkəzlərinin büdcəsi artırılıb.
Qəribədir ki, işçilərin, müəllimlərin və təqaüdçülərin maaşlarının artırılması ilə bağlı tələbləri qulaqardına vuran İran hökuməti bu cür xərclərə səxavətlə vəsait ayırır.