İran

İran polisinin Yasucda etirazçıları atəşə tutmasının görüntüləri yayılıb

İranın Yeqan Vi:jəsi (Xüsusi Təyinatlı Polis Dəstəsinin) Yasuc şəhərində əhalini güllələməsinin görüntüləri yayılıb.

İctimai şəbəkələrdə yayılan məlumata görə, bir neçə gün öncə İranın Yasuc şəhərində əhali Şəhər Şurası seçkilərin nəticələrinə etiraz olaraq etiraz ediblər.

Yeni yayılan görüntülər göstərir ki, şəhərə polis və əmniyət güclərinin yeridilməsindən sonra onlar əhaliyə atəş açmağa başlayıb. Nəticə də əhali ilə polis arasında şiddətli qarşıdurma yaranıb.

Polisin etirazçıların baş nahiyəsinə atəş açması nəticəsində üç gənc qətlə yetirilib. Şəhərin Da:dqustərisi isə 100- dən artıq etirazçının həbs edildiyini bildirib.

Qeyd edək ki, İran hökuməti ölkə əhalisinin hər hansı bir səbəblə keçirdiyi etiraz mitinqlərini hər zaman qanla boğur. 1398- ci ilin aban ayında benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda İranın əmniyət qüvvələri 1500- dən çox etirazçını güllələyərək qətlə yetirib.

Related Articles

Bir cavab yazın

Back to top button