Bu gün sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında komada olan gənc xanım dünyasını dəyişib.
Məhsa Əmininin ölüm xəbərinin yayılmasından sonra onun yaxınları və vətəndaşlar xəstəxana qarşısına toplaşaraq hökumətə qarşı şüarlar səsləndiriblər.
Məlumatda Kəsra xəstəxanasının qarşısında təhlükəsizlik və polis qüvvələri ilə vətəndaşlar arasında baş verən qarşıdurma zamanı çox sayda insanın həbs edildiyi bildirilir.
Məhsa Əmininin öldürülməsinə cavab olaraq Beynəlxalq Əfv Təşkilatı bəyanat yayarq, onun şübhəli ölümünə səbəb olan hallar, o cümlədən təcridxanada işgəncə və digər pis rəftar xəbərləriin cinayət işi üzrə araşdırılmasını və məsuliyyət daşıyan bütün məmurların məsuliyyətə cəlb edilməsini istəyib.