İran

İran parlamentinin keçmiş üzvü: “16 ayda İran kapitalının 50 faizi itirilib”

"16 ayda İran kapitalının 50 faizi itirilib". bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur deyib.

Deputat vurğulayıb ki, bu ölkənin mərkəzi bankı 16 ayda iranlıların kapitalının 50%-dən çoxunun necə yoxa çıxdığına cavab verməlidir.

“Mərkəzi bank cavab verməlidir ki, Ruhani hökumətindən 23 min tümənə təhvil aldığı adolları bu gün niyə 37 min tümənə çatdırıb”,-deyə, Həqiqətpur bildirib.

İranlı iş adamları və işçilərin ölkəni tərk etdiklərini. bir sıra istehsalçıların Türkiyəyə getdiklərini deyən Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş sədr müavini İbrahim Rəisini tənqid edib.

O, bildirib ki, hazırkı dövrdə prezidentin tez-tez çıxış edib və əyalətlərə səfər etməsinə ehtiyac yoxdur.

Deputat deyib ki, vacib tədbirlərin görülməsi və ölkədən sərmayənin çıxışının qarşısının alınması üçün addımlar atılmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button