AzərbaycanBölgəİranSiyasət

İran özünü Azərbaycanın “böyük dostu” göstərərək Ermənistanı silahlandırır

Rusiyanın “Ordu – 2019” forumu yeni sensasiyalara səbəb olmaqdadır.

Aznews.tv Minval.az-a istinadən xəbər verir ki, bu forum çərçivəsində Ermənistan da öz silah-sursatını, o cümlədən digər ölkələrdəki həmkarları birgə yaratdığı silahlanmasını nümayiş etdirib.

Bu məcrada əsas diqqəti, Ermənistan-İran birgə məhsulu olan Najm-802 radio lokasiya sistemi (RLS) cəlb edib.

Bu mobil RLS-lər yaxınında ekipaj olmadan 24 saat çalışa bilər.

“Bu RLS Ermənistan və Dağlıq Qarabağ  (işğal olunmuş Azərbaycan əraziləri) üzərində radio-lokasiya gümbəzi yaratmağa qadirdir”, – deyə erməni tərəfi sevinclə bildirib.

Lakin bu sursatın göstəriciləri o qədər əhəmiyyətli deyil, əsas məsələ odur ki, bu İran sifarişi ilə erməni mütəxəssisləri tərəfindən yaradılan RLS olduqca sıx və uzunmüddətli hərbi-siyası birliyə işarə edir.

Açığı İran və Ermənistan arasında belə bir təmasların varlığı sirr deyil.

Artıq 2000-ci illərdə İran və Ermənistanın xüsusi xidmətlərinin sıx koordinasiyası haqda məlumatlar əldə edilirdi.

Bir sıra nüfuzlu xarici dərgilərin məqalələrinə istinadən demək olar ki, 2016-cı ildə Ermənistanın ağır məğlubiyyətə düçar olmasında sonra bu təmaslar daha da sürətlənib.

24-25 mayda Ermənistanın o dönəmdəki müdafiə nazirinin müavini David Tonoyan Tehranda İranın müdafiə naziri Hüseyn Dehgan və onun müavini Firuz Məsihpur ilə görüşü baş tutur, həmçinin erməni deleqasiyası Malik Aştar adlı elmi-texnoloji universitetə səfər edir.

İyun ayında isə, hal-hazırda Ermənsitan Silahlı Qüvvələrinin qərargah rəisi olan, Movses Akopyanın İrana səfəri baş tutur.

Hərbi-texniki əməkdaşlığın məhz o zaman gücləndiyi haqda çoxlu fikirlər irəli sürmək olar. Lakin fakt budur ki, Ermənistanda hakimiyyətin dəyişməsinə baxmayaraq, iki ölkə arasında hərbi əməkdaşlıq zəifləmək yerinə, əksinə, yeni mərhələyə qədəm qoyur.

Gördüyünüz kimi, söhbət artıq birgə silah növləri hazırlanmasından gedir və məsələnin yalnız RLS-lə bitəcəyi inandırıcı deyil.

Yeri gəlmişkən, 2016-cı ildə İran Rusiyanın Ermənistana “İsgəndər” sistemi hədiyyə etməsini olduqca müsbət qarşılayır.

Amma qayıdaq silah-sursat məsələsinə – bu “əməkdaşlığa” ABŞ-ın nə reaksiya verəcəyi də önəmlidir.

Çünki Ermənistanın ABŞ-ın belə məsələlərdə “anlayış göstərdiyinə” əminliyinə baxmayaraq, Bolton Qafqaza səfəri zamanı Nikol Paşinyanın Ermənistanın blokadaya məruz qalması barədə şikayətinə cavab olaraq, rəsmi İrəvana bu istiqamətdə “qəti addımlar” atmağı məsləhət görmüşdü.

Yəni ABŞ-ın “anlayışının” da müəyyən sərhədləri var.

Başqa sözlə – ərik və pendir başqa, RLS və “İsgəndər” başqa.

İran belə “silah oyunlarına” yol verərək Ermənistanı Azərbaycana qarşı silahlandırdığını əla bilir. Lakin, görünür ki, “molla rejimi” üçün bu problem deyil. Digər tərəfdən isə İran diplomatları özünü Azərbaycanın böyük dostu kimi göstərmək üçün dəridən-qabıqdan çıxırlar.

Bir başqa göstərici: bu yaxınlarda işğal olunmuş Azərbaycan torpaqlarında “panerməni oyunlarının” keçirilməsi planlaşdırılır. Yəni dünyanın bir çox ölkəsində yaşayan ermənilər bu oyunlarda iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə toplaşacaqlar.

Gürcüstan və Türkiyə kimi bir çox ölkə öz vətəndaşlarına buraya getməmək barədə, yumşaq formada desək, xəbərdarlıq etməsinə baxmayaraq, İran 200-ə yaxın erməni olan vətəndaşını bu oyunlara göndərmək niyyətindədir. Əlbəttə ki, İranın bu addımı Azərbaycanda təəcübə və etiraza səbəb oldu.

Azərbaycan tərəfin müraciətinə cavab olaraq rəsmi Tehran bu tədbir barədə xəbəri olmadığını iddia etsə də, böyük ehtimal məsələ bununla bitməyəcək.

Çünki Azərbaycan bu yaxınlarda, 2019-cu ilin fevralın sonu İranın “iç üzünün” şahidi oldu.

Xocalı faciəsinin ildönümündə Paşinyanın İrana dəvət edilməsi, orada olarkən Azərbaycana və onun suverenliyinə qarşı şüarlar və bəyanatlar nümayiş edilməsi, buna etiraz edən güneyli soydaşlarımıza qarşı təzyiqlər Azərbaycana yaxşı bir dərs oldu.

İran höküməti öz vətəndaşlarını Azərbaycanın işğal edilmiş ərazilərinə buraxmasa belə Azərbaycan ictimayyəti Tehran və İrəvan arasındakı bu hərbi əməkdaşlığı unutmayacaq…

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button