İran İslam Cumhuriyyəti bir çox diktator rejim kimi özünü güclü göstərməyə çalışır. Ölkənin bütün siyasətləri özəlliklə öz millətinə qarşı güclü bir görüntü vermək üçün dizayn edilir. Hakimiyyət ciddi bir propaqandayla sürəkli bir qorxu hakimiyyəti qurmağa çalışır. İran uzun illərlə bütün bölgə ölkələrinin iç işlərinə qarışmaqla məşğul oldu. Habelə bir neçə ölkəylə də bir başa düşmən mövqeyi sərgiləyib. O qədər ki İranın əlindən İsrail və Amerika düşmənliyi alınırsa kimliyini bəlirləyən önəmli bir faktor əlindən alınmış olacaq. Bunun yanında İsrail düşmənliyi İran üçün bir prestij məsələsi olub. İran uzun illər özünü Filistin davasının qayğıkeçi olaraq göstərdi, İslam və Ərəb dünyasına qarşı belə bir propaqanda istiratejisini gəlişdirməyə çalışdı. Ancaq bu illər ərzində İranın İsrail düşmənliyi sözdə qalsa da qonşular və başqa Müsəlman ölkələrlə düşmənliyi hər zaman aktiv oldu. İran təhdidi sayəsində Ərəb ölkələri İsrailə yaxınlaşdılar. Əslində məsələyə belə baxıldığı zaman İran İsrailə ən yaxşı xidməti edib.
Bir başqa önəmli məsələ də İranın İsrail qarşısında tamamən çarəsiz qalmasıdır. İsrail uzun illərdir istədiyi yerdə və zamanda İranı vurur, İran bir dəfə belə olsun doğru düzgün cəvab verəbilməyibdir. Keçdiyimiz illərdə tonlarla atom mərkəzindən sənədlərin çıxarılması, önəmli atom və güvənlik adamlarının Tehranda vurulması İsrailin İrana qarşı etdiklərindən sadəcə bir neçəsidir. Ancaq bu tərz fiziki müdaxilələrin yanında İran sanal olaraq, son dərəcə çarəsizdir. Keçdiyimiz illərdə İranın Elektirik təsisləri dəfələrcə sayberi saldırıya məruz qaldı. Bunların ən sonu keçən gün İranın benzin pompalarını tamamən işdən saldı. Saatlarca sürən bu sorun bütün ölkədə benzin satış mərkəzlərində uzun sıraların yaranmasına səbəb oldu.
Uzmanlara görə benzin pompalarına olan son sayberi saldırı kəsinliklə internet şəbəkəsiylə ilgili deyil və bu saldırı sistemin içinə sızmaqla baş verib. Bu yeni bir məsələ də deyildi. Çünki keçən günlərdə İranın İttialat Vəziri nəhayət ölkənin çeşitli yerlərində çox ciddi bir nüfuzun olduğunu bildirmişdi. Yəni İranda ən yuxarı və həssas yerlərdə belə çox ciddi nüfuzun olduğu artıq gizlədilə bilmir.
son yaşanan olay hakimiyyət üçün yeni bir bəhanə halına gəlib. İran uzun illərdir Çin modeli bir yerli internet sistemi qurmağa çalışır. Bu modelin bir çox teknik imkanlar gərəkli olduğu ilə yanaşı bir də ölkə içindəki muxalifətlərin olduğu danışılır. İran hakimiyyəti əslində hər zaman internet məsələsinə həssas olub. hazırda da bir çox sosial media şəbəkələri İranda yasaqdı. Habelə uzmanlara görə hakimiyyət millətin əlinin azad dünyadan kəsilməsi üçün internetin sürətini də azaldır. Habelə kütləvi etirazların olduğu kimi həssas zamanlarda da hakimiyyət internet şəbəkəsinə çox ciddi yasaqlar tətbiq edir. üstəlik bu yasaqlar üçün kimsəyə cəvab da vermir. Misal üçün Aban ayı etirazlarında hakimiyyət İnternet şəbəkəsini günlərlə kəsib yüzlərcə insanı qətl etdi. Bu məslə də İranın İnterneti kəsincə nələrə qadir ola biləcəyini göstərir. İndi də Sanal Dünyadan Səyanət adlı tərh çərçivəsidə illərdir yerli internet projəsini həyata keçirməyə çalışırlar. Bu projə azadlıqları tamamən yerlə bir etməsinin yanında milyonlarla insanın iqtisadi çalışmasına da zərər verəcəkdir.
anlaşılan İran hır zamankı kimi öz güvənlik zəfiyətinin acığını millətdən açmağa çalışır və son yaşanan Sayberi Saldırısını bəhanə edib, İnternet üzərindəki basqıları artırmağı planlaşdırır.