İran

İran ordusunun dəniz qüvvələrinin hərbi gəmisi aşıb: 1 nəfər həlak olub

İran ordusunun dəniz qüvvələrinin Bəndər Abbasdakı gəmiçilik sənayesində istehsal edilməkdə olan hərbi gəmisi aşıb.

İrandakı sosial şəbəkələrin yaydığı məlumata görə, istehsal prosesində olan “Təlaiyyə” adlı gəmisinin aşması nəticəsində 1 nəfər həlak olub.

İran rəsmiləri hələlik hərbi gəminin aşmasını təsdiqləməsələr də, İsrailin “Jerusalem Post” qəzeti bu gün bu barədə məlumat yayaraq, dekabrın 4-də “Planet” peyki tərəfindən çəkilmiş aşmış hərbi gəminin şəkili yayıb.

Hərbi gəminin aşmasının səbəbi və hadisədə həyatını itirən şəxsin adı hələlik mediaya açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button