Site icon Aznews TV

İran niyə ABŞ-ın “qara siyahısı”na düşüb? – Dövlət katibi açıqladı

ABŞ dövlət katibi Mayk Pompeo İrana qarşı sanksiyaların artırılmasının səbəbini açıqlayıb.

Publika.az-ın məlumatına görə, dövlət katibi bildirib ki, sanksiyalar siyahısında olan İranın nəqliyyat şirkətləri kütləvi qırğın silahlarının daşınması ilə məşğul olurdular və Yəmənə silah verirdilər.

Qeyd edək ki, terrorizmə dəstəkdə şübhəli bilinən “Mahan Air” şirkəti kütləvi qırğın silahlarının yayılmasında xüsusi roluna görə sanksiyalar siyahısına düşüb.

“Mahan Air”in onlarla təyyarəsi də həmin siyahıdadır. Eyni zamanda İranın 1 vətəndaşı, 5 şirkəti və 2 gəmisi də “qara siyahı”dadır.

Exit mobile version