Site icon Aznews TV

İran neft tankerinin “qanunsuz saxlanılmasına” görə Böyük Britaniya səfirini çağırdı

Böyük Britaniyanın Tehrandakı səfiri ölkəsinin Cəbəllütariqdə İrana məxsus neft tankerini “qanunsuz saxladığına” görə Xarici İşlər Nazirliyinə çağrılıb.

Aznews.tv-nin verdiyi məlumata əsasən, bu haqda İran XİN-nin rəsmi nümayəndəsi Abbas Müsəvi bildirib.

Məlumata əsasən, bu gün Böyük Britaniyanın dəniz piyadaları Cəbəllütariqdə, ehtimala görə, Avropa Şurasının sanksiyalarını pozaraq Suriyaya neft daşıyan tankeri saxlayıb.

İzləmə sistemlərini verdiyi məlumatlara əsasən, tankerə neft İranda doldurulduğu halda, gəminin sənədlərində neftin İraqda doldurulduğu göstərilir.

Saxlanılma haqda xəbər verən Cəbəllütariq hakimiyyəti neftin hansı ölkəyə aid olduğunu dəqiqləşdirməyib.

Aznews.tv

Exit mobile version