Dünyaİran

İran məhkəməsi İsveç vətəndaşını 5 il azadlıqdan məhrum etdi

İman Əfşarinin başçılıq etdiyi Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi İran əsilli İsveç vətəndaşı Səid Əzizinin 5 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bu barədə onun vəkili Rza Şəfaxah məlumat yayıb.

Onun sözlərinə görə, İsveç vətəndaşı “cinayət törətmək məqsədilə əlbir olmaq və aksiya keçirmək”də günahlandırılıb.

Təhlükəsizlik məmurları Səid Əzizini 12 noyabr 2023-cü ildə İsveçdən Tehrana səfər etdikdən sonra həbs ediblər.
Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyi bəyanat yayaraq 61 yaşlı isveçlinin İranda həbs olunduğunu bildirib, ancaq onun kimliyini açıqlamamışdı.

Qeyd edək ki, Səiz Əzizidən başqa, hazırda İranda İsveç vətəndaşları olan əslən azərbaycanlı Əhmədrza Cəlalian və Yuhan Floderus da həbsdədirlər. Onların hər ikisi “casusluq”da günahlandırılıb.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button