Site icon Aznews TV

İran millət vəkili: “Araz çayının çirklənməsi çox ciddi problemdir”

Onun sözlərinə görə, İranın Mədən Sənayesinin İnkişafı və Yenilənməsi Təşkilatı Araz çayına axıdılan mis mədənlərinin tullantıları səbəbindən yaranan çirklənməni aradan qaldırmaq üçün investisiya təklif edib və bu, ekspertlər tərəfindən bəyənilib.

Millət vəkili deyib ki, İranın kanalizasiya və tullantı sularının təmizlənməsi üzrə “texniki biliklərə malik olması” nəzərə alınsa, bu işə yardım edə bilər.

Sitat: “İran və Ermənistan arasında mübadilə və nəqliyyatın həcmini nəzərə alaraq, Araz çayı üzərində ikinci körpünün tikintisinə böyük ehtiyac var. Hökumət hər zaman özəl sektora kömək etməli və işləri asanlaşdırmalıdır ki, Ermənistanda İran özəl sektorunun iştirakı güclü olaraq qalsın”.

Exit mobile version