Qafqaz məsələləri üzrə iranlı tədqiqatçı Hamed Xosrovşahi hesab edir ki, İran və Azərbaycan müharibə etməyəcək. Ekspertin sözlərinə görə, qonşuluqdan irəli gələn bəzi ehtiyac və asılılıqlarla yanaşı, Qafqazda rol oynayan ölkələrin vəziyyəti də belə bir müharibəni istisna edir. Türkiyədə seçkilər yaxınlaşır və Ərdoğanın taleyi qeyri-müəyyəndir, Rusiya isə Ukraynadakı müharibə ilə məşğuldur.