Dünyaİran

İran Macarıstan səfirini XİN-ə çağırdı

İran Xarici İşlər Nazirliyi Avropa Birliyi və Böyük Britaniyanın bu ölkənin gəmiçilik şirkəti də daxil olmaqla fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi sanksiyalara etiraz olaraq hazırda Avropa Birliyinə başçılıq edən Macarıstanın səfiri Gyula Petonu çağırdığını açıqlayıb.

Bu barədə İran XİN-i məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Məcid Nili Macarıstan səfiri ilə görüşdə bu sanksiyalara kəskin etirazını bildirib, onları “qanunsuz” və “naviqasiya azadlığı və dəniz ticarəti prinsiplərinin pozulması” hesab edib.

O, həmçinin Rusiyaya silah göndərilməsi iddiasını təkzib edib və İranın digər ölkələrlə müdafiə sahəsində əməkdaşlığının “qanuni” olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropa Birliyi İrana qarşı sanksiyaların sərtləşdirilməsinə səbəb kimi İranın Rusiyanın Ukraynaya təcavüzü, Yaxın Şərq və Qırmızı dəniz regionunun silahlı qruplaşmalara hərbi dəstək verməsini göstərib.

AB bəyan edib ki, İranın gəmiçiliyi İran istehsalı olan silah və sursatların, o cümlədən pilotsuz təyyarələrin hissələrinin Xəzər dənizi vasitəsilə daşınmasında və Ukrayna ilə müharibədə Rusiya ordusuna texnikanın verilməsində iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button