Site icon Aznews TV

İran məhkəməsi tanınmış sənətçini həbs və cəriməyə məhkum etdi

Bu barədə onun vəkili Əli Şərifzadə məlumat yayıb.

Tehran məhkəməsi İran kino və televiziyasının tanınmış simalarından olan Əfsanə Bayqanın Tehranın İkinci Cəza Məhkəməsində məhkəmə iclası keçirilib.

Kino ulduzu maddi cərimə, 91 gün həbsə məhkum edilib və 18 ay müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyulub.

Əfsanə Bayqana bundan əvvəl ictimai mərasimdə hicab qaydalarını pozduğuna və qadınların məcburi hicab qaydalarına görə cəzalandırıldıqlarına etiraz paylaşımları ilə əlaqədar cinayət işi açılıb.

Məhkəmənin onun barəsindəki qərarı yaxın bir neçə gün ərzində elan olunacaq.

Qeyd edək ki, sənətçi bir il əvvəl İranda kino, ümumiyyətlə sənət aləminin hörmətsizləşdirildiyini yazıb, buna etiraz əlaməti olaraq bu sahəni bir dəfəlik tərk edib.

Əfsanə Bayqan son 40 ildə İran kinosunun ən məşhur simalarından biri və vətəndaşlar tərəfindən ən çox sevilən sənət adamıdır.

O, xüsusilə 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyalarında narazılara dəstək verib, hakimiyyətin repressiyalarını pislədiyi üçün hökumət tərəfindən təzyiqlərə məruz qalıb.

Exit mobile version