
İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) yüksək rütbəli zabiti Hani Korde Tehranda qətlə yetirilib.
Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə dekabrın 23-də baş verib.
Motosikletli 6 naməlum şəxs küçədə Hani Kordeyə hücum edib, ona çoxlu sayda bıçaq zərbələri endirdikdən sonra hadisə yerindən qaçıblar.
Xəstəxanaya çatdırılan məşhur iranlı zabitin həyatını xilas etmək mümkün olmayıb.
Hücumun kim tərəfindən təşkil edildiyi hələlik məlum deyil. Hadisə polis tərəfindən araşdırılır.