Dünyaİran

İran Küveyti yenə hədələyib

İran Körfəzdə Küveyt və Ərəbistanın sularında yerləşən Əl-Dürrə qaz yatağı barədə yenə ultimatum verib.

İran prezidentinin hüquqi məsələlər üzrə müavini Məhəmməd Dehqan martın 26-da heç bir ölkəyə Əl-Dürrə  yatağından “birtərəfli və İranın maraqlarını nəzərə almadan istismarına” icazə verilməyəcəyini deyib.

“Biz məsələnin Küveytlə ikitərəfli danışıqlar formatında həll olunması niyyətindəyik. Lakin İranın maraqları nəzərə alınmadan həmin ölkəyə və ya digərinə istismar icazəsi veməyəcəyik”- deyə Dehqan  ultimatum verib.

Məlumata əsasən Küveyt Britaniyanın Şel (Shell) Cəmiyyətindən dəvət edərək Əl-Dürrə (İran Arəş adlandırır) qaz yatağında seysmik əməliyyat aparılıb.

Nəticə də müəyyən edilib ki, yataq tamamilə Küveyt və Ərəbistan sularında yerləşir.

Qeyd edək ki, həmin iki ölkə danışıqların aparılması məqsədi ilə dəfələrlə İrandan dəvət ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button