İran İslam Cumhuriyyəti qurulduğundan etibarən, öz varlığını bəlli başlı söyləmlər üstünə qurub. Özünə məxsus bir idari rejimlə, İslam şəriətini günümüzə uyğulamaya çalışıb.
Özəlliklə, ilk illərdə və batı və doğunun çəkişməsinin üst həddə olduğu zamanlar, İran nə batı, nə də doğu şüarıyla müstəqil bir siyasət qabağa aparmaq iddiasıyla ortaya çıxdı. Özünə məxsus bir idari rejimlə, İslam şəriətini günümüzə uyğulamaya çalışdılar. Ən önəmli özəlliklərindən biri də İsrailə qarşı söyləm oldu. Filistin məsələsinin çox daha papulyar olduğu zamanlar, İran İsrail düşmənliyi ilə İslam aləmində özünə məşruiyyət almağa çalışırdı. Xırda və təsirləri az olan Filistinli neçə cihadçı örgütün quruluş və ayaqda qalmasında, təsirli olduğunu iddia edib, Qüds davası üçün dünyada canla başla dirənən tək ölkə olduğunu iddia edirdi. Bu söyləm illərcə, Müsəlman ölkələrdə İrana ciddi bir maraq toplamağa başladı. İran müsəlman ölkələrdə bir qəhrəman kimi görünürdü. Beləliklə Tehran hakimiyyəti istədiyinə çatmış olurdu. Ancaq illər keçdikcə İranın dedikləri ilə etdikləri arasında nə qədər fərq olduğu, ortaya çıxdı. İranın iddialarında nə qədər səmimiyyətsiz olduğu ortaya çıxdıqca, İslam aləmindəki etibarını da, itirməyə başladı. Bunların başında əlbəttə ki, İranın İsrail düşmanlığı üzərində qurduğu propaqandanın nə qədər həqiqətdən uzaq olduğu gəlirdi. İran ki, özünü yüzdə yüz İsrailə qanlı düşman göstrərir əslində zaman zaman işbirlik belə edib. Ancaq hardasa hər konuda olduğu kimi, İranın bu konuda da etdikləriylə iddia etdikləri arasında tutarsızlıq var. Örnək üçün İran-Iraq savaşı illərində İran ordusunun BGM-71 TOW silahı ilə İraq ordusuna qarşı hücuma keçdiyi ortaya çıxıb. Bəli, 8 illik İran-İraq müharibəsinin başlanğıcından sonuna qədər, İsrail İranı silahla təmin edib. Silah əsasən Kipr, Türkiyə və Suriya vasitəçiliyi ilə çatdırılırdı. Qəbul edən isə İran yəhudisi, Manucher Ghorbanifar olub. Silah satışından başqa 350 yəhudi zabiti isə, Tehranda oturub müharibə üçün pilot yetişdirib, təyyarə təmir edib. Hətta İran Iraqla savaşda başarısız olunca, İsrail Səddam ordusunun ruhunu sındırmaq üçün, 1981-ci ildə Iraq ərazisinə qırıcılarla daxil olmuş və Osirak nüvə reaktorunu bombalamışdır. İsrailin savaş illərində, bu tərəfdaşlığının bütün sənədləri açıqdadır. Yəni İranın İsrail düşmanlığı da zamana və yerinə görə dəyişə bilər və mollaların çox məşhur qaçma yolu , məsləhət necə gərəkdirirsə elə də edirlər. İranın Müsəlman dünyasıyla bağlı iki üzlülüyü təkcə İsrail ilə olan gizli əlaqələriylə də sınırlı deyil. Tehran hakimiyyətinin gərçək üzünü ortaya çıxardan, ən önəmli sənəd də, elə İranın Qarbağda Ermənistan tərəfədə durmasıdır. İslam Cumhuriyyəti 30 il ərzində, Azərbaycan hakimiyyətini ehmalkarlıqla suçladı və Qarabağın İslam toprağı olduğunu irəlii sürdü. Ancaq bütün bu illərdə Ermənistanın yanında yer aldı. İllərcə İran bu etdiyini fərqli bəhanələr altında gizlədib, Ermənistana dəstəyini inkar edirdi. Ancaq 44 günlük savaşda nə olduğu açıq ortaya çıxdı. Ən marağlısı da son bir neçə gündə baş verib. İran artıq Ermənistana dəstəyini, Azərbaycana isə düşmənliyini gizlətmir . İran məqamları, başda Əli Xamneyi açıq bir şəkildə, Azərbaycan Cumhuriyyətinin milli hakimiyyətinə sayqısızlıq edib, düşmənlik üçün əllərindən gələni edirlər. Öncə günlərcə Araz qırağında hərbi nümayiş aparan İran, Azərbaycana hədə qorxu verməyə çalışdı. Daha sonra da Ermənistanın Xarici işlər vəzirini, Tehranda qəbul etdi. Bunun da üstünə İranın Xarici İşlər Vəziri Əmir Abdullahian Moskovaya getdi. Ancaq çox marağlıdır ki, İran Rusiyada da rəzil oldu. Mətbuat konfransında Rusiya Xarici İşlər vəziri, açıq bir şəkildə İranın sınırda apardığı hərbi təlimatın təhrik edici olduğunu dilə gətirdi. Əslində baxıldığı zaman, Ermənistan belə duruma razıdır. Çünkü Ermənistan rəsmiləri, Azərbaycan və Türkiyə ilə də görüşüblər. Ermənistan savaşdan sonra, başqasının aləti olmağının necə fəlakətlərə səbəb ola biləcəyini açıq bir şəkildə anlayıb.
Elə buna görə də, millətinin çıxarını düşünüb əlaqələrini normallaşdırmağa çalışır. Başqa qonşular Gürcüstan da bölgədə barış və işbirlikdən yanadır. Ancaq bütün bu bölgənin huzurunu qarışdıran yenə də İrandır. İran sağdan sola, aşağıdan yuxarıya bütün qonşularıyla sorun yaşayır. Azərbaycan vəTürkiyə ilə yanaşı, Gürcüstan və Rusiya ilə belə yola getmir. İllərcə yanlış siyasətinə yenə davam edir. Ancaq aranı pozmağa gücü çatmayanda ortada tək qalır. Bütün düşmənliklərinə rəğmən güneyli və quzeyli Azərbaycan milləti, gündən günə daha çox gözünü açır və qazanclı çıxır.