ANT xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların fikrincə, ABŞ hələ də Haniyənin öldürülməsinə İrandan hansısa reaksiya gözləyir. Lakin Tehran ilkin cavab planını yenidən nəzərdən keçirdiyi üçün heç kim yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır.
ABŞ administrasiyasının iki yüksək çinli məmuru bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib. Onlar deyiblər ki, ABŞ həmçinin İranı, Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb. Rəsmilərin fikrincə, İran əvvəlcə təklifləri rədd etsə də, ABŞ tərəfinin dedikləri ilə getdikcə daha çox razılaşır.