
“ArmenPress” Ermənistanın Turizm Federasiyasına istinadən xəbər yayıb ki, festival iki gün davam edəcək.
Festivalda iştirak edən Ermənistan və İran komandaları ilk gün stendlərdə Urartu-Əhəmənilər dövrünə aid yeməklərini və onların tarixləri haqqında bilgiləri hazırlayıb təqdim edəcəklər. Bununla yanaşı, festivalda rəqs, musiqi, sənət əsərləri və əl işləri də təqdim ediləcək.
Sözügedən festivalın əsas hissəsindən öncə müxtəlif nominasiyalar üzrə iştirakçı komandalar arasında yarış keçiriləcək və festivalın sonunda mükafatlandırma mərasimi təşkil olunacaq.(https://t.me/AzadIranTelegram/8875)