Bu barədə məlumat yayan SEPAH-a bağlı “Fars” xəbər agentliyi İsfahanın Vank klisası və ətrafında keçirilən anti-Azərbaycan aksiyasına haqq qazandırmağa çalışıb.
Məlumatda ermənilərin Qarabağın Azərbaycan Respublikası tərəfindən mühasirəyə alındığından narahat olduqları üçün toplaşdıqları iddia edilib.
Aksiyaya qatılan İran erməniləri Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.