Bölgəİran

İran İsfahana hücuma görə İsraili ittiham etdi

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani İsfahanda yerləşən hərbi zavoda dron hücumunda İsrailin əli olduğunu deyib.

İran nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasının baş katibi və müvəqqəti sədrinə yazdığı məktubda bu barədə bildirib.

“İlkin araşdırmaların nəticələrinə əsasən bu məsələdə İsrail dövlətinin əli olduğu aşkar edilib”,- İran nümayndəsi iddia edib.

İran nümayəndəsi məktubunun sonunda Ukrayna rəsmisinin İranın Rusiyaya dəstək verməsi barədə çıxışına da toxunub.

Əmir Səid İrəvani Ukrayna rəsmisinin sözlərinin təhrik edici olduğunu və İranın Ukraynanın ərazi bütövlüyünü tanıdığını iddia edib.

Qeyd edək ki, yanvarın 28-i yerli vaxtla gecə saat 23:30 radələrində İran Müdafiə Nazirliyinin İsfahanda yerləşən sursat istehsal edən hərbi zavoduna dron hücumu olub.

Related Articles

Bir cavab yazın

Back to top button