“Aznews tv” xəbər verir ki, o, bu qərarı ölkənin “ali rəhbəri” Əli Xameneinin Amerika telefonlarının ölkəyə gətirilməsini tənqid etməsi ilə əlaqələndirib.
Qeyd edək ki, İran rəsmiləri tez- tez xalqı və xarici ölkələrdə olan tərəfdarları qarşısında bu cür populist çıxışlar edir. Əli Xameneinin bir neçə il bundan qabaq “İphone” telefonlarının ölkəyə gətirilməsini tənqid etdiyi çıxış sonradan onun rəsmi Twitter səhifəsində elə “İphone” markalı telefonla paylaşılmışdı.
Bundan başqa, Qasım Süleymaninin qızının bu il atasının ölümünün 2-ci il mərasimində son model “İphone”la şəkil çəkdirib paylaşması da diqqətlərdən yayınmamışdı.