Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran internetə məhdudiyyətlərə görə dünyada ikinci yeri tutur

Bu barədə "Comparietech" saytı məlumat yayıb.

“Comparietech” saytının məlumatına görə, İran internet məhdudiyyətlərinə görə dünyada ikinci yerdədir və bu İranda VPN-lərdən, vebsaytdan və sosial mediadan normal istifadənin qarşısını alır.

İranda Facebook, YouTube, Twitter və son vaxtlar Instagram və WhatsApp filtrlərdən keçir. Yalnız hökumət tərəfindən təsdiqlənmiş VPN-lərdən istifadə edilə bilinir ki, bu da onları effektiv şəkildə yararsız edir.

Dünyada yalnız 4 ölkə, Çin, İran, Şimali Koreya və İraq VPN-lərdən istifadəni tamamilə qadağan edib.

Qeyd edək ki, sentyabrın sonlarında dünya ölkələri arasında internetin sürətilə bağlı açıqlanan statistikada İranın internet sürəti üzrə qlobal reytinqinin son 4 ayda dahada azaldığı, bu ölkənin dünyanın 182 ölkəsi arasında 147-ci yerdə qərarlaşdığı açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button