İran

İRAN İNSAN QAÇAQÇILIĞINI MƏHV ETMƏYƏ ÇALIŞMIR

Amerikanın İnsan Qaçağı üzrə yeni İllik Raportunda İran dünya ölkələri listində ən aşağı yerdə qərarlaşdırıb.
Tir ayının 5-i tarixində yayılan bu raportda dünya ölkələri insan qaçağı ilə mübarizə üzrə 3 qismə bölünüb.
Birinci bölümdə insan qaçağı ilə mübarizə meyarlarına riayət etməyən ölkələr, ikinci bölümdə bu meyarların bir sırasını gözləməyən etməyən amma insan qaçağı üzrə mübarizəyə işlər görmək istəyən ölkələr, üçüncüsü isə insan qaçağı ilə müabrizə meyarlarına riayət etməyən, eləcə də bu məsələnin qarşısını almağa və vəziyyətinin yaxşılaşdırılmasına da işlər görməyən ölkələrdir.
Amerikanın İnsan Qaçağı üzrə yeni İllik Raportunda İran barədə yazılıb: “İranın dövləti insan qaçaqçılığını məhv etməyə ən aşağı standardları belə tam yerinə yetirməyib və bu yöndə gözə çarpan işlər görmür. Elə ona görə də İran üçüncü yerdə qalır.”.
Raportun ardında deyilir: “İran dövlətinin məqamları qaçaqçılıq üzrə cürmlərə istər İranda, istərsə də ölkədən qıraqda toxunulmazlıq verərək və ya göz yumaraq bu cürmləri davam etdirir. Bu cürmlər barədə qanunun icrası üçün işlərin görülməsi raportunda yanlışlıqlara yol veriblər. İran bölgənin yaraqlılarını himayə etməklə, uşaqları o cümlədən mühacir Əfqan uşaqlarını Suriyyə savaşında sərbaz kimi istifadə etməyə davam edir.”.
Amerikanın Xarici İşlər Vizarəti bu barədə İran tərəfindən Suriyədə qurulmuş Fatimiyyun Qordanını vurğulayıb.
Həmin raporta görə, İran eləcə də insan və cinsəl qaçağı qurbanlarının tanınması və onlari himayə etmək üçün heç bir iş görmür. Tərsinə, o qurbanları cəzalandırır. O cümlədən onlara ölüm cəzası kəsir.
Bildirək ki, İrandan başqa, həmin raportda Çin, Kuba və Rusiya kimi ölkələrdə üçüncü səthdə yerləşib.
Bildirək ki, Amerikanın xarici işlər vəziri Mayk Pompeo, “insan qaçağı dünyanı sarsıldan bir məsələdir və bunun qarşısını almaq bütün beynəlmiləl işbirliyi lazımdır”, – deyib.

Related Articles

Bir cavab yazın

Back to top button