İranın “Fərzad B” adlı qaz meydanının işlənməsini öz şirkətinə verməsi və öhdəliklərindən boyun qaçırması Hindistanla münasibətlərində gərginliyə səbəb olub.
Bildirilir ki, iki ölkə arasında imzalanmış anlaşma əsasında “Hindistan Şirkətləri Konsorsiumu” İranın güney sularında, Ərəbistan yaxınlığında nəft və qaz yataqlarının iktişaf işlərinə başlayıb.
85 milyon dollara başa gələn və 6 il davam edəcək iktişaf işləri nəticəsində bölgədə “Fərzad B” ilə birlikdə fərqli yataqlar tapılıb.
Anlaşmaya əsasən, iktişaf işlərinin xərcləri tamamilə Hindistan tərəfindən ödənməli, İran tərəfi isə yataqların işlənməsində Hindistan şirkətlərinə yüzdə 30 pay verməlidir.
2008-ci ildən Hindistanın ONGC şirkəti anlaşmanın şərtlərinin həyata keçirilməsi üçün İranla danışıqlar aparıb, ancaq yataqların işlənməsi ilə bağlı razılaşmanın imzalanması Tehrana qarşı qoyulan təhrimlər üzündən baş tutmayıb.