Dünyaİran

İran hökuməti Türkiyənin Suriyadan çıxmasını istəyir

İran, Suriya, Türkiyə və Rusiya arasında keçirilən son dördtərəfli görüşdə İran hökuməti Türkiyə hərbi qüvvələrinin Suriyadan çıxarılması planını təqdim edib.

Tehran təklif edib ki, Türkiyə hökuməti ilk növbədə öz hərbi qüvvələrini Suriya ərazisindən çıxarmağı öhdəsinə götürsün, ikincisi, Suriya hökuməti Türkiyə ərazisinə təhlükə olmaması üçün öz qüvvələrini sərhədə yerləşdirməyi öhdəsinə götürsün.

İran və Rusiya tərəfləri buna zamin olacaq. Türkiyə sərhədlərində İran və Rusiya forpostları qurmaq istəyirlər.

Türkiyə hökuməti isə Suriyada öz sərhədlərində təhlükəsizliyi təmin edəcəyini və bunu İran və ya Rusiyanın ixtiyarına buraxmasının mümkün olmayacağını bəyan edib. Bundan əlavə, Suriya müxalifəti nə İranın, nə də Rusiyanın dominantlığı altında olmaq istəmədiklərini bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button