İran

İran hökumətinin muzdurları türk qaşqay qadını döyüblər

İran hökumətinin məmurları ölkənin Kohkuluye və Boyerəhməd vilayətinin Heliqan bölgəsində qaşqay türklərinə verilən zülmü ictimailəşdirməsi bəhanəsi ilə türk qaşqay qadını döyüblər.

İran hökumətinin məmurları ölkənin Kohkuluye və Boyerəhməd vilayətinin Heliqan bölgəsində qaşqay türklərinə verilən zülmü ictimailəşdirməsi bəhanəsi ilə türk qaşqay qadını döyüblər.

“Aznews tv”xəbər verir ki, nəinki sözügedən xanım, həm də bütün qaşqay türkləri bu məsələ ilə bağlı tez-tez təhdid və hücumlara məruz qalırlar.

Qaşqay mənbələrindən alınan məlumata əsasən, hökumət muzdluları bu dəfə Heliqanda bir xanımı döyərək ona göz və üz nahiyəsindən ciddi xəsarət yetiriblər.

Məsələ ilə bağlı Heliqan camaatı bildirib ki, hücum edən şəxslər tez-tez Heliqan əhalisinə hücum çəkərək qadın, uşaq, yaşlı demədən bütün heliqanlıları döyürlər. Qadınların başlarındakı çadralarını cırır və qışın ortasında insanları öz dədə-baba yurdlarından köçməyə vadar edirlər.

Əhali habelə qeyd edib ki, Heliqan bölgəsinin bağlı olduğu Gəçsaran şəhərinin bütün rəsmiləri, hökumət adamları bütün bu haqsızlıqlar qarşısında səslərini çıxarmır.

Related Articles

Bir cavab yazın

Back to top button