İranda Dövlət Proqram və Büdcə Təşkilatının sədri çörəyin xüsusi kartlarla alınması planına baxıldığını açıqlayıb.
“Aznews tv” xəbər verir ki, İran hökumətinin tərcihli valyutanı (ارز) ləğv etməklə bağlı qərarı inflyasiyanın artması və insanların əsas ərzaq mallarını almaq imkanlarının azalmasına dair narahatlıqları artırıb.
Məsud Mirkazemi yanvarın 12-də parlamentin büdcə layihəsinin konsolidasiya komissiyasının iclasında deyib ki, yeni ilin dövlət büdcəsi layihəsində tərcihli (pereferensial) valyuta nəzərdə tutulmayıb. Tərcihli valyutanın ləğvi isə əsas ərzaq mallarının qiymətlərinin, o cümlədən un və buğdanın bahalaşmasına səbəb olacaq.