Tehran təklif edib ki, Türkiyə hökuməti ilk növbədə öz hərbi qüvvələrini Suriya ərazisindən çıxarmağı öhdəsinə götürsün, ikincisi, Suriya hökuməti Türkiyə ərazisinə təhlükə olmaması üçün öz qüvvələrini sərhədə yerləşdirməyi öhdəsinə götürsün.
İran və Rusiya tərəfləri buna zamin olacaq. Türkiyə sərhədlərində İran və Rusiya forpostları qurmaq istəyirlər.
Türkiyə hökuməti isə Suriyada öz sərhədlərində təhlükəsizliyi təmin edəcəyini və bunu İran və ya Rusiyanın ixtiyarına buraxmasının mümkün olmayacağını bəyan edib. Bundan əlavə, Suriya müxalifəti nə İranın, nə də Rusiyanın dominantlığı altında olmaq istəmədiklərini bəyan edib.