Nazir yüzlərlə raket və PUA həmləsindən ölkəsinin çox az xəsarət aldığını bildirərək deyib: “İran hakimiyyəti indi İsrailin təhlükəsizlik sisteminin gücünü anladı”.
Qants həmçinin ayrıca bəyanatla İsrail tərəfindən bölgədə strateji birlik və əməkdaşlığın gücləndirilməsinin vacıb olduğunu vurğulayıb.
“İran bir dünya problemi, bir bölgə məsələsi və İsrail üçün bir təhlükədir.
Dünən dünya İsrailin yanında olduğunu aydınca dedi. Nəticə budur: İsrail İrana qarşı, dünya İrana qarşı”
İsrailin Xarici İşlər Nazirliyi də bəyanat yayaraq İranın təcavüz əvəzinin çıxılacağını elan edib.
Xatırladaq ki, İsrailin Müharibə Kabineti HƏMAS tərəfindən İsrailə qarşı geniş miqyaslı həmləsindən sonra 2023-ü ilin oktyabr ayının 11-də təşkil olunub.