Siyasi gücü dəstəkləyən və ayaqda tutan əsas faktorlardan biri mali imkandı. Ölkələr sahib olduqları mali imkanlarına görə mənimsədikləri siyasətlərini həyata keçirə bilirlər. İran nəft baxımından dünyanın zəngin ölkələrindən olduğu üçün öz siyastələrini geniş bir şəkildə yürüdə bilir. son illərdəki artan mali fəsad və nəft sənətinə qarşı uyğulanan təhrimlər Tehran hakimiyyətinin maddi qaynaqlarını ciddi mənada azaldıb. Hakimiyyət adi məmurların maaşını belə ödəməkdə çətinlik çəkir. Ancaq İranda heç bir şey şəffaf olmadığı kimi iqtisadiyyat da şəffaf deyil. Ölkə iqtisadının yarısından çoxu bir başa Əli Xamneyiyə bağlı qurumların əlində olduğu üçün nəzarət edilmir. Yəni maliyyə dövriyəsini bilmək çətindir.
Məhmud Əhmədinejad İran İslam Cumhuriyyətinin ən maraqlı siyasətçilərindən biriydi. Əhmədinejad həm keçmişdə həm indi radikal sözləri söyləyir. Habelə onun dönəmi İran tarixinin ən geniş mali fəsadları baş verdi. Ancaq Əhmədinejad popolisti söyləmiylə özünə bəlli bir sosial çevrə yığmağa başarıbdır. Əhmədinejadın prezident olduğu zaman qullandığı sözlərin biri də “Qaçaqçı qardaşlarıydı” İranın keçmiş prezidenti bu sözü Sipah Quvvəsi üçün qullanmışdı.
Bu gün İran bazarında bir çox qaçaq malla rastlamaq olar. Ancaq qaçaq sadəcə bunlardan ibarət deyil. Çünki İran hakimiyyəti keçmişdən ən çox uyuşdurucu maddələr qaçağıyla suçlanırdı. Qaçaqçı Qardaşların bu işlərdə əli olmadığını düşünmək mümkün deyil çünki milyonlar dolar dəyərində bu ticarət kəsinliklə İran hakimiyyətinin əli altından həyata keçir.
İran və Azərbaycan Cumhuriyyəti arasında yaşanan gərginlik günlərlə davam etdi. Ən son Azərbaycan prezidenti maraqlı bir açıqlama verdi və sonra İran hakimiyyətinin səsi soluğu kəsildi. İlham Əliyevin açıqlamasında, iran 30 illik işğal dönəmində işğal altındakı topraqları qullanaraq Avropaya uyuşdurucu maddələr qaçaq etdiyini söylədi.
İlham Əliyevdən başqa Amerika və Avropa birliyinin bir neçə araşdırmasında İranın bu koridordan uyuşdurucu maddələr qaçağı üçün istifadə edildiyi bəlli olmuşdu. İran həftələrlə Azərbaycana qarşı fərqli-fərqli təhdidlər irəli sürdü. Ancaq Azərbaycanın dirənişini görüncə geri oturmaq zorunda qaldı. Ən son da Əliyevin bu açıqlamasına İrandan heç bir səs çıxmadı və əksinə İran daha yumuşaq danışmağa başladı.
Önümüzdəki sürəcdə Tehran hakimiyyəti Azərbaycana qarşı daha səssiz qalıb geri oturmaq zorunda qalacaq. Ancaq bütün bu olanların özəlliklə Güney Azərbaycanda millətin oyanışında böyük rolu olub və İranı qorxudan məsələlərin biri də elə budur.