Site icon Aznews TV

İran hələ də ABŞ-ın kiberhücumundan özünə gələ bilmir

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2018-03-01 07:20:41Z | |

İyun ayında ABŞ İrana qarşı gizli kiberhücum tətbiq edib.

Aznews.tv xəbər verir ki, New York Times İranın 20 iyun tarixində həyata keçirilən kiberhücumdan özünə gələ bilmədiyini, hərbi bölmələri arasında əlaqəni və öz kompüter sistəmlərini bərpa edə bilmədiyini yazır.

Amerika tərəfinin hədəfi İslam İnqilabı Keşikçiləri Korpusu idi.

ABŞ kəşfiyyatının sabiq əməkdaşı Norman Rulun sözlərinə görə, Birləşmiş Ştatlar İranla ciddi münaqişəyə girmədən öz gücünü nümayiş etdirib.

Bundan əlavə, İran Fars körfəzində tankerlərə hücum etmək imkanından məhrum olub.

Daha öncə isə, ABŞ prezidenti Donald Trampın İranın kompüter sistemlərinə qarşı kiberhücumun tətbiq edilməsinə icazə verdiyi haqda məlumat yayılıb.

Aznews.tv

Exit mobile version