AzərbaycanDünyaİran

İran geri çəkildi: Fikrini dəyişməsə də, sözünü dəyişib

İran İslam Respublikası Yaxın Şərqdə din və məzhəb adı altında yerli xalqları öz geosiyasi məqsədləri üçün qurban edir.

İranın hərbi-siyasi və dini rəhbərliyi Yaxın Şərq ölkələrində, xüsusilə İraq, Suriya, Livan, Bəhreyn, Yəmən, Fələstində özünə bağlı müxtəlif hərbi birləşmələr vasitəsilə həm ABŞ və İsrailə qarşı proksi müharibə aparır, həm də regionda özünün geostrateji mövqeyini möhkəmləndirir.

İraqda “Həşdi Şabi”, Suriyada “Fatimiyyun” və “Zeynəbiyyun”, Livanda Hizbullah, Bəhreyndə “Əl-Əştər” briqadası və “Sərayə Əl-Muxatar”, Yəməndə Ənsurullah hərəkatı və Qəzzada HƏMAS – bunların hamısı Tehran tərəfindən himayə olunur.

Qeyd edək ki, İranın ali rəhbəri Əli Xameneiyinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzetində Tehranın Qəzzada müharibəyə qoşulub-qoşulmayacağı ilə bağlı məqalə dərc olunub.

Bildirilir k, İran ordusu başqa millətin yerinə müharibə etməyəcəyini yazıb:

“İslam inqilabının məqsədi xalqların oyanması və güclənməsi üzərində qurulub. Təbii ki, azad olmaq iradəsi olan hər bir məzlum milləti dəstəkləyirik. Ancaq İran heç bir xalqın yerinə döyüşə girməyəcək”.

İran HƏMAS-ı İsrail ilə müharibəyə təhrik etsə də, Qəzzadakı müharibəyə kənardan seyr etməyə üstünlük verir.  Məhz Tehran din və məzhəb pərdəsi adı altında regiondakı yerli xalqları öz geosiyasi hədəflərinə çatmaq üçün qurban verir.

Məsələ ilə bağlı güneyli fəal, araşdırmaçı jurnalist Elyar Kamrani Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İran hakimiyyəti hər zaman istənilən regionla bağlı xarici siyasətində məkrli niyyətlər güdüb:

“İran hakimiyyəti regionda öz məqsədlərini həyata keçirmək üçün riyakarlığa və hiyləyə əl atır. Bu rejim Yaxın Şərqdəki terrorçu qrupları maliyyələşdirir, onları himayə edir və ideoloji dəstək verir.

Bu terrorçu qruplar, xüsusilə Hizbullah İranın dövlətçiliyinə xidmət etməklə yanaşı Tehran regionda təsir dairəsinin güclənməsinə çalışırlar. İran hakimiyyəti Yaxın Şərqin qarşıdurma meydanına çevrilməsində mühüm rol oynayıb. Bu, danılmaz faktdır. 

O ki qaldı “Keyhan” qəzetinin rəhbəri Hüseyn Şəriətmədarinin İranın Qəzza müharibəsidə rolu ilə bağlı açıqlamasına, İran rəhbərliyi demək istəyir ki, guya İran HƏMAS ilə İsrail arasında gedən müharibəyə qarışmır.

Seyd Əli Xameneiyə yaxın olan şəxsin bu ifadələri anlaşılandır. İran hakimiyyəti ABŞ ilə üzdə onun düşməni olduğunu bəyan etsə də, o, gizli şəkildə bu dövlətdən maliyyə yardımı alır. Qəzzada müharibə başlayandan sonra Vaşinqton Tehranı xəbərdar edib ki, İrana verilən maliyyə yardımı dayandırılacaq. 

Təbii ki, bu, İran hakimiyyəti üçün xoş hal deyil. Ona görə də bu rejimin rəsmiləri açıqlamalarında bəyan edirlər ki, guya İran İsrailə müharibədə HƏMAS-a dəstək vermir. Halbuki bu ölkədə rejimin ideologiyasını təbliğ edən qəzetlərdə qeyd olunur ki, İran HƏMAS-ın yanındadır və ona dəstəyini davam etdiricək.

Hətta İranda bəzi ekspertlər iddia edirlər ki, yaxın zamanda HƏMAS-ın İsrailə qarşı apardığı müharibəyə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Hizbullah da qoşulacaq”. 

Elyar Kamrani əlavə edib ki, 44 il ərzində İran hakimiyyəti həm ölkə daxilində millətləri, həm də regiondakı qonşu xalqları aldatmağa çalışıb:

“İrandakı rejimin nümayindələr hər zaman bəyan ediblər ki, guya onlar həqiqi dini hakimiyyət qurublar, haqq və ədaləti bərpa ediblər və hər zaman məzlum xalqların yanındadırlar.

Lakin son zamanlar baş verən hadisələrin onların iç üzünü açıb. Bu rejim müxtəlif siyasi oyunlar oynamaqla öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar”. (Cebhe.info)

Related Articles

Bir cavab yazın

Back to top button