Kanal Vladimir Putinin Zəngəzur dəhlizinə dəstəyini İranın ərazi bütövlüyünə “xəyanət xəncəri” adlandırıb, eyni zamanda Bakı və Moskvanın İran-Ermənistan “strateji sərhədləri”nə qarşı birləşdiyini iddia edib.
“İran İnternational” Rusiya XİN sözçüsü Mariya Zaxarovadan sitat gətirərək bildirib ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi şəffafdır və İran da bunu qəbul etməldir. “İran İnternational” gülünc bir şəkildə iddia edib ki, bir neçə yüz il əvvəl bütün Azərbaycan, o cümlədən Zəngəzur bölgəsi İrana məxsus olub.
Qərəzli süjetdə vurğulanıb ki, Azərbaycan Qarabağı azad etdikdən sonra Tehran-Bakı münasibətləri o qədər də normallaşmayıb. İddia edilir ki, İran və Azərbaycan arasında gərginlik sərhəd münasibətlərinə də təsir göstərir.
Süjetdə bu yaxınlarda Rusiyanın Tehrandakı səfirinin İran XİN-ə çağırılmasına işarə olunaraq qeyd edilib ki, İran yenidən sərhədlərdə geosiyasi dəyişikliyə qarşı olduğunu bildirib.
Habelə, iki gün öncə SEPAH-a bağlı “Təsnim” xəbər agentliyinin saytında dərc olunan məqalədən sitat gətirilərək deyilir ki, İran öz sərhədlərində heç bir dəyişikliyi qəbul etmir və Rusiyanın Zəngəzur dəhlizinə dəstəyini olduqca təəccüblü adlandırıb.