Azərbaycanİran

Iran fars-molla rejimi Azərbaycan ərazilərindən Azərbaycan adını silməyə davam edir

Iran irqçi fars-molla rejimi minbir oyunla Azərbaycan ərazilərindən Azərbaycan adını silməyə davam edir.

Bu istiqamətdə rejim əyalətlərin elektrik enerjisinin kəsilməsi cədvəlində Şərqi Azərbaycanın adı təhrif edərək “Təbriz vilayəti” adlandırıb.

Bundan əvvəl də irqçi fars-molla rejimi Şərqi Azərbaycanın adını bir neçə dəfə təhrif edərək Təbriz əyaləti adlandırmışdı. Həmçinin, oxşar hal Qərbi Azərbaycan vilayətində də yaşanıb və bu vilayətin adı təhrif edilərək “Urmiya vilayəti” adlandırılıb.

Azərbaycanın tarixi adını və kimliyini silmək, coğrafi əhatəsini məhdudlaşdırmaq məqsədi daşıyan bu siyasət Azərbaycan türklərinin kimliyini inkar etmək və saxta adlarla əvəz etmək üçün təşkil edilmiş planın tərkib hissəsidir.

Təhlilçilər hesab edirlər ki, bu siyasətlər Azərbaycan bölgəsinin demoqrafik, coğrafi və mədəni tərkibini dəyişmək və farslaşma layihəsini gücləndirmək məqsədilə həyata keçir.

Related Articles

Bir cavab yazın

Back to top button