
Kazem Qaribabadi bazar ertəsi Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında deyib: “Bu missiyanın hesabatı mahiyyətcə anti-İran mediasında və bəzi Qərb hökumətlərinin platformalarından dəfələrlə irəli sürülən əsassız iddiaların təkrarı və qanuniləşdirilməsidir və heç bir sənədli mənbəyə malik deyil“.
O əlavə edib ki, faktaraşdırıcı missiya adlanan qurum bəzi Qərb dövlətlərinin lobbiçilik fəaliyyəti nəticəsində yaradılıb və onun hesabatı həmin ölkələrin təzyiqi ilə hazırlanıb.