Bu barədə BMT-nin İnsan Haqları Şurasının müstəqil faktaraşdırıcı komitəsinin yaydığı hesabatda bildirilib.
Hesabatda azyaşlı etnik uşaqların da yuxarıda qeyd olunan cəza növləri ilə üzləşfikləri deyilib.
Faktaraşdırıcı komitə insan hüquqlarının pozulmasının xüsusilə qadınlara, uşaqlara və etnik, dini azlıqlara daha çox təsir etdiyini bildirib.
Hesabatda edam saylarının da etniklər arasında xüsusilə artdığı, bu cəza növünün qadınlara da tətbiq edildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İranda 2022-ci ilin setyabr ayında başlayan etiraz aksiyaları bir neçə ay davam edib.
Aksiyalara qoşulan 600-ə yaxın narazını öldürülüb, minlərlə insan yaralanıb.
2022-ci il noyabrın 24-də İnsan Haqları Şurasının 47 üzvü tərəfindən bəyənilən qətnamədə Tehran hökumətinin repressiyalarını araşdırmaq və qiymətləndirmək üçün BMT-nin müstəqil faktaraşdırıcı komitəsinin yaradılmasına qərar verilib.